0.0
AZƏRBAYCANDA İLK QIZ MƏKTƏBİ FIRST GIRLS' SCHOOL IN AZERBAIJAN

Yazarlar:
Kamala Guliyeva
Yayın Yılı:
2024
Yayıncı:
İKSAD Yayınları
Dil:
ISBN:
978-625-378-092-0
Özet (AI):
Məşhur Bakı milyonçusu, böyük mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Azərbaycanda maarif və mədəniyyəti inkişaf etdirmək üçün əvəzolunmaz xidmətlər göstərmişdir. “Anaları savadsız olan millət kordur” – deyən H.Z. Tağıyev milli kadrların yetişməsinə, qadınların təhsil almasına , məktəblərin açılmasına külli miqdarda vəsait sərf etmişdir. Bakı şəhərində dünyəvi təhsil verən ilk qız məktəbinin açılması da Tağıyev tərəfindən həyata keçirilmişdir. O qız məktəbinin açılması üçün dəfələrlə çara müraciət etsə də , bu məktəbin açılmasına yalnız 1901-ci ildə icazə verilmişdir. Məktəb binasının tikilişinə 183583 rubl sərf edən H.Z. Tağıyev bu məktəbi bütün zəruri avadanlıqlarla təchiz etmiş , eyni zamanda məktəbin xərcləri üçün banka toxunulmaz kapital kimi 125 min manat pul qoymuşdu ki, bu vəsaitin də faizləri məktəbin ehtiyaclarına sərf olunurdu. Məktəbin sırf Azərbaycan qızları üçün açılması Tağıyevin həyatını təhlükə qarşısında qoyurdu. Onu öldürməklə hədələyirdilər. Ruhanilər Qurandan ayələr misal çəkərək onu dinə qarşı çıxmaqla günahlandırırdılar. Lakin Tağıyevin el arasındakı nüfuzu və mühafizəkar dostları olduğundan bu bədxahlıq baş tutmur. H.Z.Tağıyev bu qaragüruhçu ruhanilərin səsini kəsmək üçün MirzəMəhəmməd oğluna bəxşiş verib onu müqəddəs yerlərə göndərmiş, ondan din xadimlərindən imza ilə təsdiq edilmiş sənəd istəmişdi ki, müsəlman qızların müasir məktəblərdə təhsil almasında dinə və şəriətə qarşı heç bir zidd fikir yoxdur. Məktəb ilk dəfə 58 nəfər şagirdlə fəaliyyətə başlamışdı. Həmin şagirdlərdən 35-i ödənişsiz təhsil alırdı. Təhsil alan qızların çoxu Zaqafqaziyadan idi. Az bir hissəsi isə Şimali Qafqaz qızları idi. Tiflis və Şuşadan olan qızlar çoxluq təşkil edirdi. Məktəbdə təhsil alan qızlar 8-11 yaş arasında idi. Müəllimələrin və şagirdlərin xüsusi geyim forması vardı. H.Z. Tağıyev məktəbi gələcəkdə gimnaziyaya çevirmək arzusunda idi. Görkəmli Azərbaycan maarifçisi H.Zərdabi məktəbin tədris proqramının tərtibində yaxından iştirak etmişdir. Onun həyat yoldaşı – Tiflisdə “ Müqəddəs Nina “ qız məktəbində təhsil almış Hənifə xanım Zərdabi H.Z. Tağıyevin qız məktəbində müdirə vəzifəsində işləyirdi Məktəbin tədris planına şəriət, ana dili, rus dili, təbiyyət, riyaziyyat, əl işi məşğələsi və coğrafiya dərsləri daxil idi. Dərslərdə əyani vəsaitlərdən, xəritələrdən də istifadə olunurdu. Məktəbdə təhsillə yanaşı tərbiyə işi də xüsusi şəkildə həyata keçirilirdi. Tərbiyə işində səliqə, təmizlik, ədəb qaydaları və mədəni davranış qaydalarına diqqət yetirilirdi. H.Z.Tağıyevin qız məktəbi Azərbaycanda qadın təhsilinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

5th INTERNATIONAL CONGRESS ON KHAZAR SCIENTIFIC RESEARCH AND INNOVATION

Yazarlar:
Kamala Guliyeva
Yayın Yılı:
2024
Yayıncı:
İKSAD Yayınları
Dil:
ISBN:
978-625-378-092-0
Özet:
(AI):
The famous Baku millionaire, great philanthropist, and philanthropist Haji Zeynalabdin Tagiyev rendered invaluable services to the development of education and culture in Azerbaijan.“A nation whose mothers are illiterate is blind,” said H.Z. Tagiyev, who spent a large amount of money on the training of national personnel, the education of women, and the opening of schools. The opening of the first girls' school providing secular education in Baku was also carried out by Tagiyev. Although he repeatedly appealed to the tsar for the opening of a girls' school, permission was granted to open this school only in 1901. H.Z. Tagiyev, who spent 183,583 rubles on the construction of the school building, equipped this school with all the necessary equipment, and at the same time, he deposited 125,000 manats in the bank as inviolable capital for the school's expenses, the interest on which was spent on the needs of the school. The opening of the school exclusively for Azerbaijani girls put Tagiyev's life in danger. He was threatened with death. The clergymen accused him of opposing religion by citing verses from the Quran. However, since Taghiyev had influence among the people and conservative friends, this malice did not happen. In order to silence these black-collar clergymen, H.Z. Taghiyev gave a gift to Mirza Muhammad oglu and sent him to holy places, and asked him for a document signed by religious figures stating that there was no contradiction between the education of Muslim girls in modern schools and religion and Sharia. The school first started operating with 58 students. 35 of those students received free education. Most of the girls who studied were from Transcaucasia. A small part were girls from the North Caucasus. Girls from Tbilisi and Shusha were the majority. The girls studying at the school were between 8 and 11 years old. Teachers and students had a special uniform. H.Z. Taghiyev dreamed of turning the school into a gymnasium in the future. The prominent Azerbaijani educator H. Zardabi closely participated in the development of the school's curriculum. His wife, Hanifa Aliyeva Zardabi, who studied at the "Holy Nina" girls' school in Tbilisi, worked as a principal at H.Z. Tagiyev's girls' school. The school's curriculum included Sharia, mother tongue, Russian, nature, mathematics, handicrafts and geography. Visual aids and maps were also used in the lessons. Along with education, upbringing was also carried out in a special way at the school. Attention was paid to neatness, cleanliness, etiquette and cultural behavior in upbringing.H.Z. Tagiyev's girls' school had a significant impact on the development of women's education in Azerbaijan.